AZ

Trampın gömrük rüsumları qərarı metal qiymətlərini də "vurdu"

Mis, alüminium və dəmir filizi qiymətləri ABŞ Prezidenti Donald Trampın Çin, Kanada və Meksikaya tariflər (gümrük rüsumları) tətbiq etməsindən sonra ucuzlaşıb. Bu, qlobal iqtisadi artımı sarsıda biləcək ticarət müharibəsinin yenidən başlamasıdır.

Marja xəbər verir ki, London Metal Birjasında mis qiymətləri 1,5 faizə qədər, alüminium də analoji nisbətdə ucuzlaşıb. Polad istehsalının əsasını təşkil edən dəmir filizi qiymətləri Sinqapurda 3,5 faizə qədər ucuzlaşıb, Çin bazarları isə Ay Yeni ili bayramı olduğu üçün bağlı olub.

Tramp çərşənbə axşamı günü qüvvəyə minəcək Çindən idxala 10 faiz, Kanada və Meksikaya isə 25 faiz vergi tətbiq edəcəyini açıqlayıb. Bunun nəticəsində dolların bahalaşması metalın qiymətinə təzyiq edən faktora çevrilib. Çin Ticarət Nazirliyi təfərrüatları açıqlamadan "əks tarif tədbirləri" görəcəyini və həmçinin Ümumdünya Ticarət Təşkilatına şikayət edəcəyini bildirib.

İnflyasiya güclənə bilər

Qlobal ticarət müharibəsi inflyasiyanı gücləndirə, faiz dərəcələrini daha uzun müddət yüksək saxlaya, qlobal artım və metal tələbatını ləngidə bilər. 

Dünyanın ən böyük metal istehlakçısı olan Çin hələ də Covid-19-dan tam sağalmayan iqtisadi artımı canlandırmaq üçün mübarizə aparır.

"Avropada enerji keçidi və iqtisadi artımın bərpası metal tələbatını dəstəkləməli olsa da, Trump-ın təklif etdiyi tariflər tələb artımını məhdudlaşdıracaq", - analitiklər bildirib.

Çində kredit artımı zəif olaraq qalır, lakin əlavə stimulun tətbiqi metallara tələbini canlanıdra bilər.

Seçilən
12
marja.az

1Mənbələr