Bakı. Trend:
“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq”analitik layihəsinin yeni buraxılışı yayımlanıb.
Trend xəbər verir ki,verilişin budəfəki qonağı Azərbaycan Milli İncəsənət Muzeyinindirektoru, Azərbaycan Rəssamlıq Akdemiyasının dosenti ŞirinMəlikova olub.
Söhbət zamanı Şirin Məlikova incəsənətin sadəcə dövrün əksi yox,həmçinin əsrlər boyu həkk olunmuş canlı izi olduğunu bildirib.
“Muzeylər sadəcə artefaktların saxlandığı yer deyil. Bu,keçmişlə gələcəyi birləşdirən bir körpüdür, bilik, estetika vəmənəvi inkişaf mərkəzidir. Bizim missiyamız təkcə incəsənətəsərlərini toplamaq və saxlamaqdan yox, eyni zamanda onlarıcəmiyyət üçün əlçatar etməkdən ibarətdir”, - deyə o bildirib.
Onun sözlərinə görə, mədəni dəyərlər milli şüuru formalaşdırırvə nəsilləri tərbiyələndirir:
“Uşaqların balaca yaşlarından incəsənətlə təmasda olması olduqcavacibdir. O insana yaxşılığı, gözəlliyi, harmoniyanı aşılayır. Dahiəsərlərin arasında böyüyən insanlar mədəni abidələrə atəşaçmayacaq, muzeyləri dağıtmayacaq və kolleksiyaları talanetməyəcək. Mən buna səmimi qəlbdən inanıram”.
Şirin Məlikova Ermənistanın Azərbaycan ərazilərinin 20 faiziniişğal altında saxladığı müddət ərzində Azərbaycan mədəniyyətininüzləşdiyi iri miqyaslı dağıntılardan da söz açıb.
“Qarabağ işğal olunana qədər orada 22 muzey var idi. İndionlardan heç nə qalmayıb – nə bina, nə kolleksiya. Minlərləqiymətsiz eksponat ya məhv edilib, ya da naməlum istiqamətdəölkədən çıxarılıb. Bəzi əşyaları xilas etmək mümkün olub. Misalüçün, Milli Xalça Muzeyinin filalı, Şuşada yerləşən Xalçamuzeyindən 246 eksponatdan 183-nü təxliyyə etmək mümkün olub.1959-cu ildən etibarən fəaliyyət gösətərən Üzeyi Hacıbəylinin evmuzeyində isə 1500-dən çox eksponat var idi, onlardan yalnız 132-niçıxarmaq mümkün olub. Halbuki kolleksiyanın əsas hissəsi yoxaçıxıb. Biz ilk dəfə işğaldan azad edilmiş Şuşaya gedəndə,qarşımızda dəhşətli bir mənzərə canlandı: bir vaxtlar çiçəklənənşəhər viranəliyə dönmüşdü. Abidələr, muzeylər, ən məşhur binalarməhv edilmişdi. Amma bunun simvolik tərəfi Qarabağa insanlardanqabaq məhz eksponatların qayıtması oldu”,- deyə Məlikovabildirib.
Azərbaycanın mədəni siyasətindən söz açan Şirin Məlikova,ölkənin hər zaman tolerantlıq nümunəsi və xalqların və dinlərinsülh şəraitində bərabər yaşadığı bir məkan olduğunu vurğulayıb:
“Burada müxtəlif konfessiyaların və etnik qruplarınnümayəndələri əsrlər boyu vahid səma və günəş altında yaşayıblar.Biz də sülh şəraitində bir-birilə qonşuluqda məscidlər, pravoslav,katolik və protestant kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Heçvaxt antaqonizm olmayıb – Azərbaycan tarixən sivilizasiyalarındialoq məkanı olub” .
O həmçinin, Bakıda günümüzə kimi erməni kilsəsinin fəaliyyətgöstərdiyini və oradakı dövlətin mühafizəsində olan erməniəlyazmalarından ibarət arxivlərin diqqətli şəkildəqorunub-saxlanıldığını xatırladıb.
“Tarixi irsin qorunması bizim dövlətçilik prinsipimizdir.Azərbaycan təkcə öz mədəniyyətini qorumaqla kifayətlənmir, həm dədünya mədəniyyət abidələrinin bərpasında iştirak edir. Bizimmissiyamız - gələcək naminə keçmişi qorumaqdır”, – deyə Məlikovavurğulayıb.
Söhbətin sonunda Şirin Məlikova regionda dayanıqlı sülhə ümidbəslədiyini diqqətə çatdırıb:
“Bizim region – tarixlə, mədəniyyətlə, iqtisadi potensiallazəngin qədim sivilizasiyaların beşiyidir. Biz qarşılıqlı anlaşma,hörmət və firavanlığa əsaslanan gələcək qurmalıyıq. İnanıram ki,hamı elə bu nəticəyə gələcək”.