AZ

Rusiyanın Ukraynada ölən hərbçilərinin sayı 840 mini aşdı

Yazını böyüt
Yazını kiçilt

Rusiya 2022-ci il fevralın 24-dən etibarən Ukraynaya qarşı başlatdığı müharibədə canlı qüvvə və hərbi texnika baxımından böyük itkilər verir.

Hafta.az-ın yazdığına görə, Rusiyanın müharibəyə başladığı 24 fevral 2022-ci ildən 2 fevral 2025-ci il tarixləri arasında verdiyi itkilərin ümumi sayı 840360 nəfər olub. Yalnız son 1 sutkada rus ordusu 1320 hərbçisini itirib.

Ukrayna Baş Qərargahı dünənki bəyanatında bildirib ki, son sutka ərzində rusların 1320 hərbçisi ilə yanaşı 6 tank, 14 zirehli döyüş maşını və 45 artilleriya sistemi də məhv edilib.

Ukrayna Baş Qərargahının məlumatlarına görə, Rusiya 24 fevral 2022-ci il tarixindən dünənədək ümumilikdə 9908 tank, 20667 zirehli döyüş maşını, 22528 artilleriya sistemi, 1267 çoxlüləli reaktiv yaylım atəş sistemi, 1050 hava hücumundan müdafiə sistemi, 369 döyüş təyyarəsi, 331 helikopter, 23793 döyüş və taktiki səviyyəli PUA/raketlər, 28 döyüş gəmisi, 1 sualtı qayıq, 35709 maşın və yanacaq çəni və 3729 xüsusi hərbi texnika itirib.

Seçilən
17
hafta.az

1Mənbələr