Türkiyənin Şanlıurfa şəhərində yük maşını avtomobillə birlikdə körpüdən aşıb. “Ulusum”.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.Məlumata görə, yük maşınının əyləcləri işləməyib, nəticədə o, beşdən çox avtomobilə çırpılıb və daha sonra minik avtomobili ilə birlikdə körpüdən aşağı düşüb. 22 nəfər yaralanıb, 3 nəfər isə həyatını itirib.Hadisə yerində fövqəladə xidmətlər və xilasedicilər işləyir.Səidə
Diqqət Çəkənlər
Sağlamlıq üçün əvəzedilməz nemət
Təbii Möcüzə - Çay Ağacı Yağı
Virus sərhəd tanımır: Donuz qripi Azərbaycana da keçə bilər