AZ

Rəsmi avtomobilindən şəxsi işi üçün istifadə edən nazir istefaya göndərildi

Yazını böyüt
Yazını kiçilt

Avstraliyanın Yeni Cənubi Uels əyalətinin nəqliyyat naziri Co Haylen 446 kilometr aralıda şam yeməyinə getmək məqsədilə sürücüsünə rəsmi avtomobili sürməyi əmr etfdiyi üçün üzr istəyib.

Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, hər il yanvarın 26-da qeyd olunan Avstraliya Günü həftəsonunda şam yeməyinə qatılan Co Haylen bu gün avtomobili 13 saat məşğul saxlamaqla bağlı açıqlama verərək, "Səhv qərar verdim" deyib.

Bildirilir ki, Haylenin dostları ilə birlikdə xidməti avtomobildən istifadə etməsi dövlətə 750 dollara başa gəlib. Nəqliyyat naziri əlavə edib ki, bu pulu ödəyəcək.

Haylen yanvarın 25-i səhər saat 8-dən axşam saat 8.50-dək “işgüzar səfərdə” olduğunu rəsmən qeyd edib.

Yeni Cənubi Uels əyalətinin qanunlarına görə, nazirliyin nəqliyyat vasitələri və sürücüləri şəxsi iş üçün istifadə edilə bilər.

Davranışı qanun çərçivəsində olsa da, Haylen açıq şəkildə səhv etdiyini boynuna alıb. Bununla belə, o, müxalifətin istədiyi kimi istefa verməyəcəyini də açıqlayıb: "Mən bu səhvin sahibiyəm və ona görə də üzr istəyirəm və xərcləri qarşılayıram. Heç kim mükəmməl deyil".

Ştatın baş naziri Kris Minns davranışı "qəbuledilməz" adlandırıb. O, müvafiq qanunun dəyişdirilməsi istiqamətində işlərə başlanıldığını bildirib.

Müxalifət də Minnsə səslənib və Haylen geri çəkilmədiyi təqdirdə işdən çıxarılmasını tələb edib.

Ştat müxalifətinin lideri Mark Spikman bildirib ki, bu səfərdə mənzil naziri Roz Cekson da Hayleni müşayiət edib. O, vergilərin bu cür xərclənməsinin vətəndaşlara qarşı hörmətsizlik olduğunu vurğulayıb.

Seçilən
14
hafta.az

1Mənbələr