AZ

Azərbaycanda ötən il daşınmaz əmlakın icbari sığortası üzrə 83 milyon manatlıq yığım olub

2024-cü ildə Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 82 milyon 699 min manat sığorta haqqı toplanılıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6% çoxdur. 2023-cü ildə daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 78 milyon 202 min manat təşkil edib.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 42% azalaraq 3 milyon 310 min manat olub. 5 726

Seçilən
16
banker.az

1Mənbələr