Ajans.az xəbər verir ki, Amerika liderinin qərarının zərərli təsiri The Wall Street Journal (WSJ) qəzetindəki məqalədən məlum olub.
“Tramp etiraf edib ki, onun Meksika və Kanadaya tətbiq etdiyi iri tariflər “bəzi ağrılara” səbəb ola bilər, lakin nəticədə yeni “qızıl dövr”ə gətirib çıxaracaq. Ağrı artıq başlayanda onun parlaq gələcək vəd etməsi çox şirindir”, - məqalədə qeyd edilir.