AZ

Kallas: Gürcüstan namizəd ölkə kimi ümidləri doğrulda bilmir...

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas fevralın 2-də Tbilisidə keçirilən etiraz aksiyaları zamanı həbsləri “qəbuledilməz” adlandırıb...

Poliqon xəbər verir ki, Kallas bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Postunda Aİ rəsmisi Gürcüstanın Avropa İttifaqına üzv olmağa namizəd ölkə kimi “gözləntiləri doğrultmadığını” qeyd edib.

“Bu axşam Tbilisidə dinc nümayişçilərin, jurnalistlərin və siyasətçilərin vəhşicəsinə sıxışdırılması qəbuledilməzdir. Gürcüstan namizəd ölkə kimi Aİ-nin heç bir ümidini doğrultmur”, deyə Kallas vurğulayıb.

Kaya Kallas Avropa İttifaqının gürcü xalqını azadlıq və demokratiya uğrunda mübarizədə dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də Gürcüstanın paytaxtında “Tbilisi Mall” ticarət mərkəzində etirazçılar şəhərdən şimala gedən magistral yolu bağlamağa cəhd ediblər. Etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında münaqişə yaranıb. Nəticədə müxalif “Dəyişiklik Koalisiyası” partiyasının lideri Niko Melia da daxil olmaqla bir neçə nəfər saxlanılıb. Ölənlər barədə məlumatlar var.

Xatırladaq ki, noyabrın 28-də baş nazir İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların dayandırıldığını elan etməsindən sonra Tbilisidə etirazlar başlayıb. Etirazların ilk həftəsi ən gərgin həftə olub, lakin sonra aksiyalar dinc xarakter alıb. Etitazlar hər gün parlament binasının yaxınlığında keçirilir və vətəndaşlar Rustaveli prospektini könüllü tərk etdikdən sonra gecə yarısı başa çatır.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr