"Qalatasaray"ın futbolçusu Viktor Nelssonun yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, 26 yaşlı müdafiəçi transfer məsələlərinə görə komandanın heyətindən çıxarılmışdı. Futbolçunun keçidi ilə bağlı "Roma" və "Qalatasaray" klubları arasında razılaşma əldə edilib. Məşhur insayder Fabritsio Romano Nelssonun İtaliya nəhənginə transferini təsdiqləyib. 

Danimarkalı "Qalatasaray"la 144 oyuna çıxıb, 4 qol və 1 assistə imza atıb.