AZ

Netanyahu ABŞ-yə gedib

Məlumatagörə, onun təyyarəsi Merilend ştatındakı "Endryus" Hərbi Bazasında İsrailin ABŞ-dəkı səfir Yeçel Leyter, BMT-dəki nümayəndəsi səfiri Denni Denon və və Nyu-York üzrə Baş konsul Ofir Akunis tərəfindən qarşılanıb. Baş nazirin səfər çərçivəsində əvvəlcə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof ilə görüşəcəyi bildirilir.

Netanyahunun Prezident Donald Trampla görüşü isə sabah baş tutacaq. Tramp jurnalistlərəaçıqlamasındagözlənilən görüşü "böyük görüş" kimi qiymətləndirib.
Netanyahunun ABŞ-yə səfər tarixi müəyyənləşib

Xatırladaq ki, İsrailin hökumət başçısının ABŞ-yə gözlənilən səfəri barədə ötən həftə yerli mətbuatda xəbərlər yayılırdı. Bu səfərin əvvəlcə 3-5 fevral aralığında reallaşacağı diqqətə çatdırılırdı. Yanvarın 28-də isə Donald Tramp Vaşinqtona səfərlə əlaqədar Netanyahuya şəxsən dəvət göndərib. Beləliklə, Benyamin Netanyahu Ağ Evdə Trampın qəbuluna gələn ilk xarici liderdir.

Firudin Həmidli
AzVision.az
Seçilən
14
1
azvision.az

1Mənbələr