AZ

Türkiyədə dəhşətli qəza - 3 ölü, 22 yaralı - Video

Türkiyənin Şanlıurfa şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, yük avtomobili Birecik körpüsü üzərində 3 avtomobilə çırpılıb.

Bunun ardınca, yük avtomobili sürüklədiyi maşınlardan biri ilə körpüdən aşıb.

Nəticədə 3 nəfər həlak olub, daha 22 nəfər isə yaralanıb. 

Qəzanın səbəbi hələ məlum deyil.

 

Seçilən
22
6
qafqazinfo.az

7Mənbələr