AZ

İlon Mask USAID-i cinayətkar təşkilat adlandırıb

Amerikalı sahibkar İlon Mask ABŞ-ın beynəlxalq inkişaf agentliyini USAID-i “ölməyin vaxtıdır” cinayət təşkilatı adlandırıb. Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“USAID cinayətkar təşkilatdır. Onun ölmə vaxtıdır”, - milyarder deyib. Ayrı bir yazıda o, agentliyi "Amerikaya nifrət edən radikal solçu marksistlərin ilan yuvası" adlandırıb.

Yanvarın sonunda “NBC News” xəbər verdi ki, USAID-in 50-dən çox dövlət işçisi növbəti bildirişə qədər tam maaş və müavinətlərlə inzibati məzuniyyətə buraxılıb. Bu addıma səbəb “USAİD daxilində Prezidentin sərəncamlarından yayınmağa yönəlmiş bir sıra hərəkətlərin” aşkarlanmasından sonra aparılan araşdırma olub.

Almaz Həsənli

Seçilən
27
oxumeni.az

1Mənbələr