AZ

Aİ ABŞ-a qarşı cavab rüsumları tətbiq edə bilər– ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek Avropa ölkələrinin ABŞ-nin Avropa mallarına rüsum tətbiq edəcəyi halda cavab tədbirləri görməyə hazır olduğunu bildirib.

Habek vurğulayıb ki, Aİ Vaşinqtonun təzyiqlərinə boyun əyməyəcək və sərt addımlar ata bilər. O, ABŞ-nin bu qərarının mənfi nəticələr doğura biləcəyini və Avropa ölkələrinin də ABŞ-yə iqtisadi zərbə vurmaq imkanına malik olduğunu qeyd edib.

O, həmçinin Almaniyanın bölgədə ən həssas iqtisadiyyata sahib olduğunu və milli maraqlarını qorumaq üçün bütün zəruri addımları atacağını vurğulayıb.

Bundan əvvəl Kanada baş naziri Castin Trüdo ABŞ-nin Kanada mallarına tətbiq etdiyi rüsumların təhlükəsizlik üçün vacib məhsullara çıxışı məhdudlaşdıra biləcəyini bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr