AZ

Bakıda hoteldə Türkiyə vətəndaşının meyiti aşkarlandı

Bakıda hoteldə Türkiyə vətəndaşının meyiti aşkarlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə fevralın 1-i saat 12 radələrində paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən hoteldə baş verib.

Türkiyə vətəndaşı olan 1962-ci il təvəllüdlü Halil Goralın meyiti qaldığı hotel nömrəsində tapılıb.

Meyit üzərində zorakılıq əlamətinin olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Taleh
Seçilən
5
13
teleqraf.com

10Mənbələr