“Beyləqan Mehmanxana” ASC-nin idarə heyətinin sədri seçiləcək.
Valyuta.az xəbər verir ki, bununla bağlı fevralın 8-də səmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Qeyd edək ki, ASC 2000-ci ildə yaradılıb, nizamnamə kapitalı 217 770 manatdır və qanuni təmsilçisi Cahid Kərimovdur.