"Nürnberq"in formasını geyinən millimizin hücumçusu Mahir Emrelinin komanda yoldaşı Stefanos Tzimas İngiltərə nəhənginə transfer olundu.
Offsideplus.az xəbər verir ki, "Brayton" gınc istedadı heyətinə cəlb edib. Bu barədə Fabrizio Romano "X" hesabında paylaşım edib.
19 yaşlı oyunçunun keçidi Premyer Liqa klubuna 26.4 milyon avroya başa gəlib.
"Brayton" yunanıstanlı hücumçunu "Nürnberq"ə mövsümün sonuna kimi icarəyə verib.