"Çelsi"nin hücumçusu Joao Feliks yaxın saatlarda klubunu dəyişə bilər.
"Mavilər" 25 yaşlı forvardı icarəyə göndərmək üçün müxtəlif klublardan gələn təklifləri nəzərdən keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" jurnalist Fabrizio Romanoya istinadən xəbər verir ki, portuqaliyalının gələcək taleyi qış transfer pəncərəsinin son günündə həll olunacaq.
Futbolçu ilə "Milan" və "Aston Villa" maraqlanır.
Joao Feliks bu mövsüm 20 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.