AZ

Qvardiolanın karyerasında ilk hadisə

“Mançester Siti” mövsümdə 4-cü dəfə bir oyunda 4 və ya daha çox top buraxıb.

İdman.biz xəbər verir ki, “şəhərlilər” Premyer Liqanın “Arsenal”la səfər görüşündə 1:5 hesabı ilə uduzub.

Bunadək PSJ (2:4), “Tottenhem” (0:4) və “Sportinq”lə (1:4) qarşılaşmalarda da Mançester klubunun arxa xətti aciz qalıb. Bu, Pep Qvardiolanın baş məşqçi karyerasında ilk belə hadisədir. Bunadək ispaniyalının komandaları heç vaxt mövsümdə 4 dəfə ən azı 4 qol buraxmayıb.

Qeyd edək ki, Qvardiola bunadək “Barselona” və “Bavariya”ya rəhbərlik edib.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr