Aparıcı Afaq Gəncəli açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, bu açıqlamanı Afaq aparıcısı olduğu “Afaqla 10lar” verilişində verib.
Gəncəli bildirib ki, şəxsi həyatında yaşadıqlarına görə insanlar tərəfindən çox qınanılıb:
“Vaxtı ikən mənim qədər qınanılar insan ola bilməz. Mən bunları üstələdim. Hansı ki, qaytara bilmədiyim şeyləri üstələdim. Hazırda bu verilişdə dayanıb, bəzənib-düzənib… O qınaqlar bilirsiniz nə qədər idi… Mənə və mənim ailəmə. Amma mən dayandım. Hazırda verilişdə aparıram, efirə də çıxıram, danışıram da, gülürəm də, oxuyub, oynayıram da”.