Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də səfərdədir.
"Paşinyanın ABŞ-a işgüzar səfəri bazar ertəsi başlayacaq və fevralın 7-dək davam edəcək".
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Daha öncə, Ermənistanın Baş nazirinin həyat yoldaşı sosial şəbəkələrdə onların Amerikaya fevralın 1-i şənbə günü gəldiklərini bildirib.