“Legion Financial” Açıq Səhmdar Cəmiyyəti 2 milyon manat olan vəsait cəlb edir.
FED.az xəbər verir ki, bu barədə lizinq şirkətinin emissiya prospekti və ya informasiya memorandumunda bildirilir.
Məlumata əsasən ər birinin nominal dəyəri 1 000 manat olan 2000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adi istiqrazlar buraxılacaq.
İstiqrazların illik gəlirliliyi 15 faiz olmaqla 60 ay müddətinə (5 il) tədavüldə olacaq.