AZ

Zəngəzur dəhlizinin əhəmiyyəti artacaq - Azər Badamov

Yazını böyüt
Yazını kiçilt

“Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanmış Ankara Bəyannaməsi ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın dərinləşməsinə, siyasi mövqelərimizin möhkəmlənməsinə və regional əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcək”.

Bu barədə hafta.az-a deputat Azər Badamov yanvarın 30-da Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsinin əhəmiyyətini şərh edərkən bildirib.

A.Badamov bu gün dünyanın qurulmaqda olan yeni nizamında Türk Dövlətləri Təşkilatının özünəməxsus rolunun artdığını deyib:

“Bu baxımdan, imzlanmış bəyannamə TDT-nin güclənməsinə xidmət edəcək. Bu, ilk növbədə türkdilli üç dövlət arasında iqtisadi əməkdaşlıqda yeni imkanlar açacaq. Təbii ki, Orta Dəhlizin və Zəngəzur dəhlizin imkanlarının artırılmasının bəyannamədə nəzərdə tutulması ölkələrimizin Avrasiyada daşınmaların həyata keçirlməsində iştirakımızı gücləndirəcək. Belə ki, bəyannamədə üç ölkə enerji, rəqəmsal, infrastruktur və nəqliyyat kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi və investisiyaların artırılmasına hazır olduğunu bildirir. Bu o deməkdir ki, Bakı-Tiblisi-Qars dəmir yolunun və Qara dəniz üzərindən daşınmaların artırılmasında birgə investisyalar qoymaqla yanaşı əsas hədəflərimizdən biri olan Zəngəzur dəhlizinin açılmasında da bir-birimizi dəstəkləyirik. Bu gün Çindən Avropaya ixrac olunan yüklərin ölkəmizin üzərindən keçirmə həcmləri sürətlə artmaqdadır. Çünki Orta dəhliz marşrutu ilə daşınmalar ənənəvi marşrutlardan daha az vaxt imkanını ortaya gətirməklə 15-20 gün ərzində baş tutur. Zəngəzur dəhlizi isə daha az vaxtla daşınmalara imkan yaradacaq. Zəngəzur dəhlizinin ötürmə gücü 2 milyon ton nəzərdə tutulsa da, gələcəkdə daha da artırmaq imkanları olduğuna diqqət yetirsək görərik ki, bu dəhliz perespektivdə günü-gündən daha aktual olacaq”.

Seçilən
20
hafta.az

1Mənbələr