Türkiyə Suriyada iki hərbi baza quracaq.
Missiya.Az xəbər verir ki, bu barədə Ərəb mənbələri məlumat yayıb.
Bildirilib ki, Türkiyə və Suriya ortaq müdafiə müqaviləsi imzalayacaq.
Məlumata görə, yaxın vaxtlarda imzalanması gözlənilən müqaviləyə əsasən, Dəməşqin qəfil təhlükə ilə üzləşəcəyi təqdirdə Ankara Suriyaya kömək edəcək.
Razılaşmada həmçinin Türkiyə Silahlı Qüvvələrinin Suriya ordusuna və pilotlarına təlim keçməsi, o cümlədən Türkiyənin Suriyada iki hərbi baza quracağı da qeyd olunub.
Mənbənin sözlərinə görə, Türkiyənin Suriya Hərbi Hava Qüvvələri tamamlanana qədər ölkənin suverenliyini hədəfə ala biləcək hər hansı hücumun qarşısını almaq üçün bu bazalarda 50 ədəd F-16 döyüş təyyarəsi yerləşdirməsi də razılaşmanın maddələri arasındadır.
Daşqın HəsənovMissiya.Az