Fevralın 3-də Ukrayna Dağıstana hücum etməyə cəhd edib. Bu barədə regionun rəhbəri Sergey Melikov özünün Telegram kanalında məlumat yayıb.
“Səhər saatlarında Kaspiyskdə obyektlərin üzərində pilotsuz uçuş aparatları göründü”,- o yazıb.
Melikovun sözlərinə görə, onların zərərsizləşdirilməsi üçün lazımi tədbirlər görülür.
Rayon rəhbəri qeyd edib ki, hücum nəticəsində heç kim xəsarət almayıb, dağıntı qeydə alınmayıb. O xatırladıb ki, rəsmi məlumat mənbələrinə etibar etmək, hadisələrin baş verdiyi yerdən kadrları internetdə yaymamaq vacibdir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural