AZ

Yüzlərlə qadının körpəsini alan gizli təriqət ifşa olundu

Yazını böyüt
Yazını kiçilt

ABŞ-da xristian təriqəti qadınları körpələrini övladlığa verməyə məcbur edir. Bildirilir ki, kilsəyə bağlı “Həqiqət” adlı təriqət 1950-1990-cı illər arasında yüzlərlə qadını övladlarını varlı ailələrə övladlığa verməyə məcbur edib.

Hafta.az-ın yazdığına görə, BBC-nin ötən il dünya üzrə təxminən 100 min üzvü olan təriqətlə bağlı dərc etdiyi araşdırmada uşaqların cinsi istismarını üzə çıxarıb. Bunun üzərinə FTB də təriqətlə bağlı araşdırma başladıbı. Proses zamanı heç kim tutulmayıb və barəsində qanuni tədbir görülməyib.

Uşaqların kilsə daxilindəki digər təriqət üzvləri tərəfindən övladlığa götürüldüyü və daha sonra cinsi zorakılığa məruz qaldığı bildirilir.

Kimliyi gizli saxlanılan dörd qadından biri deyib ki, 1988-ci ildə 17 yaşında olarkən təcavüzə məruz qaldıqdan sonra körpəsini kilsədə evli cütlüyə vermək üçün ona təzyiq edilib: “Cəhənnəmə getmək qorxum o qədər böyük idi ki, körpəmi kilsədə bu cütlüyə verməli oldum”.

Başqa bir qadın deyir ki, körpəsi ondan götürülməzdən əvvəl ona sonuncu dəfə baxmağa belə icazə verilməyib.

İki dəfə övladlığa götürüldüyünü bildirən başqa bir qadın ilk dəfə məzhəb üzvü ailəsi tərəfindən fiziki və mənəvi zorakılığa məruz qaldığını deyir. O, övladlığa götürüldüyü ikinci ailədə də cinsi zorakılığa məruz qaldığını bildirir.

Övladlığa götürülmüş uşaqlara təriqət daxilində "Baldwin Babies" deyilir. Övladlığa götürməni 2004-cü ildə vəfat edən təriqət üzvü həkim Uolli Bladvin idarə edirdi.

Kilsənin rəsmi lideri olmadığı üçün BBC təriqətin altı yüksək səviyyəli lideri ilə əlaqə saxlayıb. İnzibatçılardan biri iddia edir ki, bütün övladlığa götürmə “qanuni yollarla həyata keçirilir”.

Seçilən
2
1
hafta.az

2Mənbələr