AZ

Ukraynada seçkilər və atəşkəs tələbi: Kiyev Tramp administrasiyasının planından narazıdır – ÖZƏL

"ABŞ-nin yeni prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı planı, əgər yalnız atəşkəs və seçkilərin keçirilməsindən ibarət olarsa, uğursuz olacaq".

Olaylar.az xəbər verir ki, bu fikri Ukrayna prezidentinin müşaviri Dmitri Litvin səsləndirib.

"Əgər ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun planı sadəcə atəşkəs və seçkilərdən ibarətdirsə, bu, uğursuz plandır", - deyə Litvin bildirib.

Reuters agentliyinin məlumatına görə, Kiyev əsas tərəfdaşlarının münaqişənin həllinə yanaşmasından narazıdır və daha dərindən düşünülmüş bir yanaşma gözləyir.

Ötən gün Reuters, mənbələrinə istinadən xəbər verib ki, Tramp administrasiyası Kiyev hakimiyyətini Moskva ilə atəşkəs çərçivəsində prezident seçkiləri keçirməyə razı salmaq üçün yollar axtarır.

Kit Kelloq isə vurğulayıb ki, Ukrayna hakimiyyəti prezident seçkilərini ilin sonuna qədər təşkil etməlidir.

Rəsmi olaraq Zelenski hakimiyyətə bağlılığını inkar edir və seçki keçirmək istədiyini bildirir. Lakin hazırda qüvvədə olan hərbi vəziyyət qanunları Ukraynada seçkilərin keçirilməsinə imkan vermir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
olaylar.az

1Mənbələr