Qazaxıstanın aşağı büdcəli “FlyArystan” aviaşirkəti yay mövsümi dövründə istifadəyə veriləcək Astana-Bakı-Astana marşrutu üzrə aviabiletlərin satışına başlayıb.
Şirkətdən Marja-ya verilən məlumata görə, Bakı ilə Qazaxıstanın paytaxtı arasında uçuşlar bu il iyunun 2-dən başlayacaq və həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək
Sərnişinlər artıq "FlyArystan" mobil əlavəsi, şirkətin rəsmi internet saytında, eləcə də digər mövcud satış kanalları vasitəsilə Astanaya, daha sonra isə Qazaxıstanın digər şəhərlərinə uçuşlar üçün ən sərfəli qiymətlərlə biletləri əldə edə bilərlər.
"FlyArystan" Qazaxıstanın aşağı büdcəli aviaşirkətidir və "Air Astana" qrupunun 100% törəmə şirkətidir. "FlyArystan" 2019-cu ilin may ayından fəaliyyətə başlayıb.