Reper Kanye Uestin həyat yoldaşı, model və dizayner Bianca Sensori 2025-ci il “Qremmi” Mükafatları mərasimindən həddindən artıq açıq-saçıq geyiminə görə qovulub...
Poliqon xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
30 yaşlı diva tədbirə tamamilə transparan paltarda, altında alt paltarı olmadan gəlib. Uest isə tədbirə qara kostyum və qara eynək taxaraq gəlib.
Nəşr qeyd edir ki, modelin xarici görünüşü bütün dünyada hiddətə səbəb olub. Sensori xəz paltosunu çıxarıb və çılpaq sinəsini və alt paltarının olmadığını nümayiş etdirmək üçün fotoqraflara doğru çevrilib.
Uest və Sensorinin mükafatlandırma mərasiminə dəvətsiz gəldiyi də məlum olub. Geyimlərini nümayiş etdirdikdən sonra onlardan mərasimi tərk etmələri istənilib, daha sonra cütlük izahat vermək üçün polis bölməsinə aparılıb.
Kanye Uest və Bianca Sensori 2022-ci ildən evlidirlər. Bundan əvvəl reper model Kim Kardaşyanla evli olub və onların bir neçə övladı var.
Poliqon.info