Serxio Ramosun yeni klubu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçi karyerasını Meksikada davam etdirməyə çox yaxındır. Bu barədə Fabrizio Romano "X" hesabında paylaşım edib.

İspaniyalı futbolçu "Rayados" ilə razılığa gəlib və ilkin müqavilə imzalanıb.

38 yaşlı oyunçu rəsmi prosesi tamamlamaq üçün Meksikaya getməyə hazırlaşır.

Qeyd edək ki, Ramos komandaya azad agent kimi qoşulacaq.