AZ

Rusiyalı nazir Ukrayna ilə müharibədə yaralandı – Foto


Rusiyanın Yakutiya Respublikasının gənclər və sosial kommunikasiyalar naziri Pyotr Şamayev döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yakutiya hökumətinin başçısı Kirill Bıçkov öz “Telegram” kanalında məlumat verib.
“Döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanan həmkarımız və dostumuz Pyotr Vitaliyeviç Şamayevə səmimi dəstəyimi bildirir və tezliklə sağalmasını arzulayıram. Ən çətin anlarda belə əsgərlərimiz əsl qəhrəmanlıq, mətanət və Vətənə sədaqət nümayiş etdirirlər”, - deyə Bıçkov yazıb.
Bununla belə, Bıçkov yaralı nazirin vəziyyətini açıqlamayıb.
2024-cü ilin sentyabrında Yakutiya Respublikasının rəhbəri Aysen Nikolayev Respublikanın gənclər və sosial kommunikasiyalar naziri Şamayevin hərbi xidmət üçün müqavilə imzaladığını bildirib.
Nazir səlahiyyətlərinin icrası müharibə veteranı, Rusiya Qəhrəmanı İqor Yurginə tapşırılıb.
Qeyd edək ki, fevralın 2-də Primorsk diyarının qubernator müavini Sergey Yefremov döyüş tapşırığından qayıdarkən həlak olub. Məlumata görə, o, Kurskdakl döyüşlər zamanı minaya düşüb.
Seçilən
17
yeniavaz.com

1Mənbələr