BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşməkdən məmnun olduq.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.
"Ölkələrimizin iqtisadi tərəfdaşlığını gücləndirmək istiqamətində ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində potensial işbirliyi imkanlarını dəyərləndirdik. Birgə İnvestisiya Fondunun fəaliyyəti və prioritet sahələrə sərmayə qoyuluşu barədə müzakirələr apardıq", - nazir əlavə edib.