AZ

Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib

XİN: Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş olan Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam olaraq sadiqdir.

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində baş verən terror aktı ilə bağlı paylaşım edib.

Operativ Media xəbər verir ki, XİN-nin "X" hesabında edilən paylaşımda deyilir: 

"Pakistan İslam Respublikasının Bəlucistan əyalətində baş verən terror hücumu xəbəri bizi dərindən kədərləndirdi.

Dualarımız qurbanların ailələri ilə birlikdədir. 

Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş olan Azərbaycan, bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam olaraq sadiq qalır".

Seçilən
13
4
operativmedia.az

2Mənbələr