AZ

Milli Məclis ilk sessiyası uğurlayekunlaşdı - Sahibə Qafarova

Milli Məclis ilk sessiyasını uğurla başa vurub.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasda deyib.

O qeyd edib ki, Parlamentin işi sessiyalararası fasilədə də davam etmişdi:

Spiker deputatların xarici səfərlərini xatırladıb.

O, İtaliyaya səfərdən də bəhs edərək bildirib ki, iki ölkə arasında əlaqələr güclənir:

"Görüşlərdə ikitərəfli mümasibətlər, həmçinin bölgədəki vəziyyət müzakirə olunub".

"Sessiyalararası fasilədə TURPA-nın Səhiyyə Komitələrinin sədrlərinin iclası baş tutmuşdu. Bundan başqa, iki ictimai dinləmələr də baş tutmuşdu. O yaz sessiyanın iş planının da müzakirə ediləcəyini bildirib. Həmçinin hökumətin, ombudsmanın hesabatları dinləniləcək" - deyə sədr açılış nitqinə əlavə edib.


Müəllif: Teleqraf.com
Seçilən
5
teleqraf.com

1Mənbələr