Bakı,TurkicWorld
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Yaxın Şərq turu çərçivəsində fevralın 5-də Türkiyəyə səfər edəcək və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
TurkicWorld xəbər verir ki, Ştaynmayerin Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyəni əhatə edən diplomatik turunun son dayanacağı Ankara olacaq.
Görüş zamanı müzakirə olunacaq əsas mövzular arasında Türkiyə-Almaniya ikitərəfli münasibətləri, Suriyada yeni dövr və Türkiyənin bölgədəki rolu ,Qəzzadakı atəşkəs prosesi , Avropaya yönəlik miqrasiya , suriyalı qaçqınların gələcəyi, Müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləri yer alır.
Səfər, Almaniyada növbədənkənar seçkilərin keçirildiyi bir vaxta təsadüf edir. Belə ki, Almaniyada Suriya böhranı və qaçqın məsələsi hazırda gündəmdə əsas yer tutur. Xüsusilə ifrat sağçı partiyaların gücləndiyi ölkədə qaçqınların geri qaytarılması ilə bağlı çağırışlar artır.
Türkiyə, Avropaya miqrasiya axınının idarə olunmasında strateji rol oynayan ölkələrdən biri olduğu üçün, Ankara və Berlin arasında bu məsələdə əməkdaşlığın davam etdirilməsi gözlənilir.
Türkiyə, texniki tələbləri ehtiva edən sənədləri Almaniyaya təqdim etdiyini və rəsmi qiymət təklifini gözlədiyini bildirib. Bundan əlavə, Fransanın Meteor raketlərinə qoyulan qadağanı aradan qaldırması və Almaniyanın müxalifətinin geri addım atması prosesi də sürətləndirib.