“Milan”dan ayrılan Davide Kalabria yetirməsi olduğu klubla vidalaşıb.
Msport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında təsirli paylaşım edib.
“Bu, inanılmaz bir səyahət, həyatın özü idi. Mən dərimə tikilən bu forma ilə böyüdüm, mənə çox şey öyrətdi, çoxlu təcrübə qazandırdı və məni bugünkü insan etdi. Uşaqlıqdan bəri qurduğum arzumu gerçəkləşdirə bildim – “Milan”da oynamaqla… Bu köynəkdə qalib gəlməyi bacardım. Kapitan oldum, bu, mənim üçün qürur mənbəyi idi. Bu tarixi və bu komandaya olan sevgimi heç kim heç vaxt silə bilməyəcək. Bu uzun səyahətin hər anını sevmişəm və sevəcəyəm. Burada gördüyüm işlərlə fəxr edirəm və bu 18 il ərzində məni müşayiət edən çox gözəl insanlarla tanış olduğum üçün şadam.
Gəncliyimin ilk illərindən tutmuş buradakı son günümə qədər – Milan hər zaman mənim evim olacaq. Sənin üçün çox darıxacağam. Həqiqətən xoşbəxtəm, sizi həmişə sevəcəyəm. Hər şey üçün ürəkdən təşəkkür edirəm”, – deyə müdafiəçi yazıb.
Qeyd edək ki, Kalabria karyerasını “Bolonya”da davam etdirəcək.