AZ

Siyavuş Novruzov: “Növbəti dəfə ədalətli seçkilər keçirildi”

“Ölkədə çox mühüm seçki olan bələdiyyə seçkiləri keçirildi. Bu seçkilərdə Yeni Azərbaycan Partiyası növbəti qələbəsini qazandı”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib. 

O YAP-a göstərdikləri etimada görə seçicilərə təşəkkür edib:

"Buna görə də bütün seçicilərə təşəkkür edirik ki, növbəti dəfə YAP-a, onun irəli sürdüyü namizədlərə, onun sədrinə etimad göstərdilər. Bununla da növbəti dəfə Azərbaycanda azad, ədalətli seçkilər keçirilməklə yeni bələdiyyələr formalaşdı".

Günay Şahmar, Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr