AZ

Prezidentin arxasında əskər kimi dayanmaqla təhdidləri dəf etməliyik - Siyavuş Novruzov

"Yanvarın 29-da bələdiyyə seçkiləri keçirildi və burada YAP növbəti qələbəsini qazanındı".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruov deyib.

O, buna görə seçicilərə təşəkkür edib.

S.Novruzov, həmçinin Azərbaycana olan beynəlxalq təhidlərdən danışıb:

"Bəzi dövlətlər işğalçılıq siyasəti ilə məşğuldurlar. Onlar gücündən istifadə edib, kiçik ölkəklərə təzyiqlər edirlər. Təbii ki, sözügedən məsələ digər dövlərlərə işğalçılıq üçün zəmin yaradır. Hər birimiz dövlətimizi müdafiə etməliyik. Prezidentin siyasətini təbliğ etməli və ölkə başçısının arxasında əskər kimi sıx dayanıb, təhdidləri dəf etməliyik".


Müəllif: Məlik Məlikov
Seçilən
1
teleqraf.com

1Mənbələr