AZ

Fizioterapiya zamanı yuxu rejimi, həyat fəaliyyəti, iş rejimi nəzərə alınmalıdır - SN

Bakı. Trend:

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutununfizioterapevti Püstəxanım Baharlı Nazirliyin rəsmi saytına müsahibəverib.

Trend həminmüsahibəni təqdim edir:

- Doktor, fizioterapiyanın növləri hansılardır?

- Fizioterapevtik faktorlar təbii və süni olmaqla 2 yerəbölünür. Təbii faktorlar dedikdə, Günəş vannaları, dənizdə çimmək,dəniz ətrafı gəzintilər, iqlim müalicəsi (iqlim terapiyası), təbiiduz mağaraları, estetoterapiya, fonoterapya nəzərdə tutulur.
Süni faktorlar xarakterinə görə elektrik cərəyanı ilə müalicə,maqnitoterapiya, optik diapazonlu elektromaqnit dalğaları iləmüalicə, süni dəyişdirilmiş hava mühiti ilə müalicə,franklinizasiya, mexaniki üsullardan istifadə etməklə müalicə, suilə müalicə, balneoterapiya, termoterapiya, iqlimlə müalicə,sanator-kurort müalicəsi və s. bölmələri mövcuddur.

- Uşaqlarda daha çox hansı şikayətlər əsasında fizioterapevtikmüalicələr həyata keçirilir?

- Son illər elm və texnikanın inkişafı ilə əlaqədar olaraquşaqlarda duruş kifozu, skoliozlar, döş qəfəsinin deformasiyaları,yastı pəncəlik, lordozlarda, eləcə də travmatik zədələnmələr, əzələsinir, yumşaq toxuma zədələməsi və tənəffüs sistemi xəstəliklərirast gəlinir. Bundan əlavə, uşaqlarda genetik, irsi xəstəliklər,məsələn əzələ distrofiyaları, spinal, muskulyar atrofiya vənevroloji xəstəliklər müşahidə olunur.
Bu zaman masaj müalicəsi, bədən tərbiyəsi, kalsium fosforelektroforez, paravertebral əzələlərin stimulyasiyası, üzgüçülük,hovuzda üzmə, maqnitoterapiya, ultrasəs müalicəsi, lazeroterapiyayaş qrupundan asılı olaraq fərdi seçilir. Bu prosedurları uşaqlarildə 2 dəfə kurs şəklində qəbul edə bilərlər.

- Fizizoterapiya zamanı hansı amillər nəzərə alınmalıdır?

- Fizioterapiya zamanı xəstələrin yaşı, əsas və yanaşı gedənxəstəliklər, yuxu rejimi, həyat fəaliyyəti, iş rejimi nəzərəalınmalıdır. Uşaq, böyük və yaşlıların fizioterapiyaya olanreaksiyaları fərqlidir. Hər yaş qrupunun xüsusi tələbləri vəməhdudiyyətləri olur.
Pasiyentin vəziyyəti və xəstəliyin gedişatına uyğun proqram tərtibolunmalıdır. Nevroloji, ortopedik, kardiopulmonar və digərvəziyyətlərə uyğun yanaşmalar tətbiq olunur.
Pasiyent şikayətlərlə müraciət etdikdə terapevtik, kardioloji,nevroloji, revmatoloji, endekronoloq, qastroenteroloq, LORmütəxəssisləri tərəfindən konsultasiya olunur. Müayinələrinnəticələrinə əsasən hər bir xəstəyə individual müalicə planıhazırlanır.
Fizioterapiya təyin olunarkən, xüsusilə pediatriyada və ahıl yaşlıinsanlarda fizioterapiyaya seçici yanaşmaq lazımdır. Dozimetriyayaşa uyğun seçilməlidir.

- Fizioterapiya və reabilitasiya üçün yaş məhdudiyyətivarmı?

- Fizioterapiyada mütləq yaş məhdudiyyəti yoxdur. Xəstənin yaşı,hazırkı vəziyyəti nəzərə alaraq, bu və ya digər prosedurlarıntəyinetmə zamanı dozalanmanı fərdi seçirik. Ahıl yaşlı insanlarafizioterapiya təyin edilərkən, daha çox iqlim, kurort faktorlarıüstünlük təşkil etməlidir.
Fizioterapiya təyin olunarkən, ilk növbədə xəstələrinürək-qan-damar sisteminin fəaliyyəti nəzərə alınmalı, kardiolojimüayinə olunması vacib hesab olunur.

- Fizioterapiyanın istifadəsində hansısa əks-göstərişlərləqarşılaşmaq mümkündürmü?

- Fizioterapevtik təyinatlar zamanı ümumi əks-göstərişlərə qanınsistem xəstəlikləri, koxeksiya, hipertoniya, baş-beyin damarlarınınkəskin aterosklerozu, ürək-damar xəstəliklərinin dekonpensasiyamərhələsi, qan axma və qan axmaya meylilik, xəstənin ümumi ağırvəziyyəti aiddir. Bundan əlavə, qızdırmalı vəziyyət (bədəntemperaturunun 38-dən yüksək olması), tez-tez tutmalarla müşayiətolunan epilepsiyalar, yüksək psixomotor oyanıqlıqlar, vərəmin açıqforması, bəd xassəli şişlər zamanı fizioterapiyanın istifadəsitövsiyə olunmur.

- Hansı xəstəliklərdə Azərbaycanın unikal milli sərvəti olanNaftalan nefti tətbiq olunur?

- Bildiyiniz kimi, Naftalan şəhəri ərazisində əldə olunan eyniadlı neft yüksək müalicəvi təsirə malikdir. Hazırda dünyanın birneçə ölkələrində də müalicəvi təsirə malik neft məhsulları əldəolunsa da, yüksək müalicəvi tərkibinə görə Naftalan nefti özliderliyini qoruyub saxlayır.
Naftalan nefti naften turşuları və naften karbohidrogenləri iləzəngindir. Zəngin kimyəvi tərkibi sayəsində naftalaoterapiyahiposensibilizasiya, iltihabəleyhinə, ağrıkəsici effekt yaranır,mübadilə-trofiki proseslər stimullaşır, toxumaların fiziolojiregenerasiyası tənzimlənir.
Naftalan nefti həm ümumi vanna, həm də lokal yaxma, applikasiyazamanı rafinə olunan, qətransızlaşdırılmış naftenkarbohidrogenləri, naftomastika (naftalan nefti, parafin, seresin,kamfora) Naftalan yağı məlhəmləri şəklində tətbiq olunur. Əsasəndayaq-hərəkət sistemi, sinir sistemi, dəri xəstəlikləri,ginekoloji, LOR, uroloji xəstəliklərində geniş istifadə olunur.
Naftalan nefti digər fizioterapevtik üsullarla kombinə olunanformada tətbiq olunduqda, daha yüksək və dayanıqlı terapevtiknəticə əldə olunur.

- Uşaq və yeniyetmə yaş qrupunda rast gəlinən skoliozunmüalicəsində hansı fizioprosedurlar tövsiyə olunur?

- Skolioz dayaq-hərəkət sistemi xəstəlikləri arasında rastgəlinən patologiyalara aiddir. Eləcə də, yaşlı insanlardadegenerativ proseslər fonunda əmələ gəlir. Skoliozun erkəndiaqnostikası və müalicəsi vacibdir, çünki gecikmiş formalardaəməliyyat qaçılmaz olur.
Skoliozun müxtəlif formaları var. Bunlara kongenital,neyromuskulyar, idiopatik formalar aiddir. Kongenital formaanadangəlmə onurğa fəqərəsinin qüsurları ilə əlaqədardır.Neyromuskulyar forma nevroloji xəstəliklər fonunda yaranır.
Skoliozun simptomları inkişaf dərəcəsindən asılı olur. Bu zamançiyin və çanaq hündürlüyündə olan assimetriya, kürək sümüklərindəhündürlük fərqinin qeyri-bərabər vəziyyəti, döş qəfəsindəqeyri-simmetrik vəziyyət, bel nahiyəsində çuxur görünməsi aşkarolunur.
Yeni doğulan və 3 yaşa qədər aşkar olunan skoliozlar infantil formakimi, çox zaman bud-çanaq displaziyası ilə müşayiət olunur.
Yuvenil idiopatik forma 3-10 yaş arası uşaqlarda rast gəlinir. Buzaman əyrilik artımı digərlərinə nisbətən daha çoxdur. Adolesanskolioz 10-18 yaş arası görülən skoliozdur.
Onurğa sütunu müxtəlif şöbələrində, daha çox döş və belseqmentlərində əyriliklər müşahidə olunur. Onurğa sütunudeformasiyalarının nə qədər tez aşkar edib, müvafiq prosedurlartətbiq olunarsa bir çox fəsadların qarşısını almaq mümkündür. İlkinolaraq rentgenoloji müayinələrin aparılması və skoliozundərəcəsinin təyini vacibdir. Fizioterapevtik prosedurlar arasındaonurğa sütunu deformasiyalarında daha geniş tətbiq olunan müalicəvibədən tərbiyəsi, əzələ gücləndirilməsi, müalicəvi masaj,elektrostimulyasiya, kalsium, fosfor elektroforezi, hovuzda üzmələrgeniş tətbiq olunur. Skoliozun dinamikasının izlənməsi vacibdir.Belə uşaqlar daim həkim nəzarətində olmalı, yanaşı profilaktiktədbirlər aparılmalı, kalsium, fosfor, vitamin D tərkiblivitaminlər, xüsusi qida menyusu tərtib olunmalıdır.

Məqalədə:
Seçilən
9
az.trend.az

1Mənbələr