AZ

Suriyada minalanmış avtomobil partladılıb

Suriyanın şimalında Hələb vilayətində yerləşən Münbiç şəhərinə giriş zamanı minalanmış avtomobil naməlum yaraqlılar tərəfindən partladılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. Məlumata görə, terror aktı nəticəsində ölən və yaralananlar var.

Fevralın 1-də şəhərin mərkəzində avtomobilin partlaması nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Türkiyənin dəstəklədiyi "Azad Suriya Ordusu"nun bölmələri Münbiç və Ayn əl-Ərəb (Kobani) rayonlarında kürdlərə qarşı hərbi əməliyyatlara başlayıb. Hazırda "Azad Suriya Ordusu"nun döyüşçüləri ilə "Suriya Demokratik Qüvvələri"nin kürd döyüşçüləri arasında Karakozak körpüsü və Fərat çayı üzərindəki "Tişrin" bəndi yaxınlığında toqquşmalar davam edir.

Suriya ərazisinin 25 %-i, o cümlədən Rəqqa və Həsəkə vilayətlərinin böyük hissəsi, həmçinin neft yataqlarının yerləşdiyi Deyr əz-Zor vilayətinin şimal-şərqi kürdlərin nəzarətindədir. ABŞ 2015-ci ildən "Suriya Demokratik Qüvvələri"nin nəzarətində olan ərazilərdə ən azı 9 hərbi baza yaradıb.

Seçilən
33
1
report.az

2Mənbələr