AZ

Netanyahu ABŞ-da səfərdədir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın dəvəti ilə paytaxt Vaşinqtona səfər edib.

Netanyahunun fevralın 4-də ABŞ prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla, 5-də isə Ağ Evdə Trampla görüşəcəyi gözlənilir.

Netanyahu və Trampın gündəmində Qəzza, girovların sərbəst buraxılması məsələsi və İranın olacağı gözlənilir.

Qeyd edək ki, Netanyahu Vaşinqtona getməzdən əvvəl HƏMAS və Hizbullaha qarşı hücumları ilə Orta Şərqin simasını dəyişdiyini irəli sürərək, bu qərarlarla xəritəni yenidən çəkdiyini iddia edib.



Seçilən
10
trt.net.tr

1Mənbələr