Terror təşkilatı PKK/YPG Əhməd əl-Şaranın keçid dövrünün prezidenti elan edildiyi iclası hədəfə alaraq Suriyada mərkəzləşdirilməmiş strukturun yaradılmasını tələb edib.
Publika.az xəbər verir ki, terror təşkilatının sözdə mülki administrasiya adı altında verdiyi açıqlamada “Dəməşqdə avtoritet” ifadəsi işlədərək müvəqqəti idarənin tanınmadığına üstüörtülü şəkildə işarə edib.
Açıqlamada iclasın natamam keçirildiyi iddia edilib. Dəməşqin Əməvi meydanında və bəzi digər şəhərlərdə keçirilən anti-PKK/YPG etirazları tənqid edilib.
Qeyd edək ki, yanvarın 29-da keçirilən iclasda Əhməd əl-Şara keçid dövründə Suriya prezidenti elan edilib, 2012-ci il konstitusiyası ləğv edilib, Əsəd rejiminə bağlı parlament buraxılıb.