AZ

Avropa ölkələri müdafiə sammiti keçirəcək

Bakı,TurkicWorld

Avropa İttifaqı (Aİ) tarixində ilk dəfə olaraq müdafiə sammiti keçirir.

TurkicWorld xəbər verir ki , Brüsseldəki Eqmont sarayında baş tutacaq görüşdə, 27 üzv ölkənin liderləri Aİ Şurasının sədri Antonio Kostanın rəhbərliyi altında Avropanın müdafiəsinin gələcəyini müzakirə edəcəklər.

Bu qeyri-rəsmi görüşdə konkret qərarlar qəbul edilməsə də, iyun ayında keçiriləcək müdafiə sammiti üçün zəmin yaradılması nəzərdə tutulur. Sammitdə əsas müzakirə mövzular arasında Avropa hava hücumundan müdafiə sisteminin gücləndirilməsi , Aİ-NATO əməkdaşlığının genişləndirilməsi, üzv dövlətlərin müdafiə xərclərinin daha səmərəli istifadəsi və müdafiə sektorunda xarici asılılığın azaldılması yer alır.

Sammitdə NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniyanın baş naziri Keir Starmer də iştirak edəcək.

Avropa Komissiyasının sədri Ursula von der Leyen, yeni inzibati dövrün ilk 100 günündə müdafiə ilə bağlı "ağ kağız" sənədinin hazırlanacağını açıqlayıb.

Bundan əlavə, Aİ ilk dəfə olaraq müdafiəyə cavabdeh portfel yaradıb və bu vəzifəyə litvalı siyasətçi Andrius Kubilius təyin olunub.

Kubilius və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas tərəfindən hazırlanmış yeni müdafiə sənədi, xüsusilə Rusiyanın yaratdığı təhlükə fonunda Aİ-nin müdafiə strategiyasını müəyyən etməyə yönəlib.

Seçilən
13
10
turkic.world

10Mənbələr