"Bayern"in sol cinah müdafiəçisi Adam Aznou oyun praktikası qazanması üçün icarəyə veriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, gənc müdafiəçi “Valyadolid”ə keçir.
Müqavilə altı ay üçün nəzərdə tutulub və satınalma imkanını nəzərdə tutmur.
Adam Aznou “Bayern”in əsas komandasında cəmi iki oyun keçirib.