AZ

Mükafatlandırma gecəsindən qovuldular - Soyunub... - VİDEO

Amerikalı reper Kanye Uest və həyat yoldaşı Biyanka Censori “Qremmi” mükafatlandırma mərasimindən qovulub. 

Söz.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Mərasim Los Ancelesdəki "Crypto.com Arena"da baş tutub. 

Kanye  "Karnaval" treki üçün "Ən Yaxşı Rep Mahnısı" nominasiyasında namizəd olub. O, qırmızı xalçaya qara kürk geyinmiş Censori ilə gəlib. 

Censori bir anda üzərindəki kürkü soyunub və tamamilə şəffaf paltarda fotoqrafların qarşısına keçib.

O, daha bir neçə dəqiqə bu formada jurnalistlərə poza verib.

Bəzi nəşrlər iddia edib ki, Uest və həyat yoldaşı daha sonra mükafatlandırma mərasimindən polisin müşayiəti ilə çıxarılıb. 

Buna səbəb kimi təşkilatçıların Biyankanın geyimindən narazı qalmaları göstərilib. 

Digər məlumatlara görə, cütlük qırmızı xalı ilə gedərək mərasimi təkbaşına tərk edib.

Seçilən
21
1
soz.az

2Mənbələr