AZ

Orta sahibkarlığa verilən kreditlərin həcmi 300 milyon manatdan çox azalıb

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyətgöstərən banklar tərəfindən orta sahibkarlığa 1 milyard 834 milyonmanat biznes krediti verilib.

Trend MərkəziBanka istinadən xəbər verir ki, orta sahibkarlığa verilən bizneskreditlərinin həcmi əvvəlki ilin sonu ilə müqayisədə 315,7 milyonmanat, yaxud da 14,7% azalıb. 2023-cü ilin sonunda ortasahibkarlığa verilən biznes kreditlərinin həcmi 2 milyard 149,7milyon manat olub.

Qeyd edək ki, ötən ilin sonunda Azərbaycanda fəaliyyət göstərənbankların biznes kredit portfelinin həcmi 14 milyard 787 milyonmanat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illəmüqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artıb. 2023-cüildə bankların biznes kredit portfelinin həcmi 12 milyard 616milyon manat olub.

Xatırladaq ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə,Azərbaycanda 4 min 150 orta sahibkarlıq subyekti fəaliyyətgöstərir.

Orta sahibkarlıq subyektlərinin ən çoxu ticarət, nəqliyyatvasitələrinin təmiri sahəsində (1 423), ən azı isə digər sahələrdə(47) fəaliyyət göstərir.

Seçilən
5
1
az.trend.az

5Mənbələr