AZ

Duda: Polşanın Ukrayna danışıqlarında iştirakı Kiyevin maraqlarına uyğundur

Polşa prezidenti Anjey Duda deyib ki, Varşava Ukrayna ilə bağlı danışıqlarda iştirak etməlidir...

Poliqon xəbər verir ki, prezident bu barədə Financial Times (FT) qəzetinə müsahibəsində danışıb.

Polşa lideri əmindir ki, ABŞ prezidenti Donald Tramp digər ölkələri danışıqlar masasına dəvət edərsə, Polşanın iştirakı Ukraynanın maraqlarına uyğun olacaq.

Yanvarda Duda etiraf edib ki, Rusiya ilə silahlı qarşıdurmada Ukraynanın tam qələbəsini təsəvvür etmək mümkün deyil.

Bir gün əvvəl Donald Tramp Rusiya və Ukrayna ilə təmasların olduğunu açıqlayaraq, danışıqların uğurlu keçdiyini vurğulayıb. Ukrayna bu danışıqlarda, xüsusən də seçki və təhlükəsizlik məsələlərində öz rolundan narahat olduğunu bildirib. Kreml bundan əvvəl ABŞ prezidentinin komandasından konkret təklif almadığını bildirmişdi.

Kiyevdə Trampın təşəbbüslərinə ehtiyatla yanaşılır. Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın ABŞRusiya arasında danışıqlardan kənarlaşdırıla biləcəyindən narahatlığını bildirib.

Poliqon.info

Seçilən
32
2
poliqon.info

3Mənbələr