AZ

Türkiyə Suriyada 50 ədəd F-16 yerləşdirəcək – KİV


Türkiyə Suriyada iki hərbi baza qurmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb.
Məlumaya görə, bu, Türkiyə və Suriya arasında potensial müştərək müdafiə sazişi ilə bağlıdır ki, buraya həm Ankaranın təhdidlər zamanı Dəməşqə kömək etməsi, həm də, Suriya ordusuna təlim keçməsi daxildir.
Sazişin digər bəndi isə Türkiyənin Suriya Hərbi Hava Qüvvələri tam qurulana qədər ölkənin suverenliyini hədəf ala biləcək hər hansı hücumun qarşısını almaq üçün bu bazalara 50 ədəd F-16 döyüş təyyarəsi yerləşdirməsi ilə bağlıdır.
Bundan əlavə, Suriya İsraillə sərhədə nəzarət etmək üçün Türkiyədən pilotsuz təyyarələr, radarlar və elektron döyüş sistemləri tələb edir. PUA-ların ilk partiyasının yaxın vaxtlarda təhvil verilməsi gözlənilir.
Seçilən
20
yeniavaz.com

1Mənbələr