![İran](https://ulusum.az/uploads/posts/2025-02/32fa309dfd_yhuvyjbu63ffru39hgrrlsuu48c4y9mm0u6qhnor.webp)
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb."Ulusum".az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı Səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.Görüş zamanı Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini Məsud Pezeşkiana çatdırıb.İran Prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib və öz salamlarını İlham Əliyevə çatdırmağı xahiş edib.
Diqqət Çəkənlər
Sağlamlıq üçün əvəzedilməz nemət
Təbii Möcüzə - Çay Ağacı Yağı
Virus sərhəd tanımır: Donuz qripi Azərbaycana da keçə bilər