AZ

Dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb

2025-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Maliyyə Nazirliyinin məlumatına görə, yanvar ayında dövlət büdcəsinin gəlirləri 4 049,2 min manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 89,1 min manat və ya 2,25 faiz çox olub.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2 259 282,5 min manat, Dövlət Gömrük Xidmətindən 487 139,2 min manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3 335,8 min manat, Dövlət Neft Fondundan transfert isə 1 206,8 min manat təşkil edib.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 57 317,9 min manata, sair daxilolmalar isə 35 363,6 min manata bərabər olub.

Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq, xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2 339 594,2 min manat təşkil edib ki, bu da aylıq proqnozdan 12 487,1 min manat və ya 0,54 faiz çoxdur.

Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb.

Seçilən
15
20
vergiler.az

10Mənbələr