AZ

Azərbaycan-İran Münasibətləri: Tarixi bağlar və yeni perspektivlər - ŞƏRH

Deputat: İran bir çox hallarda müəyyən qüvvələrin təhdidi və təzyiqi ilə Azərbaycana münasibətdə yanlış mövqe tutub.

"Azərbaycan-İran münasibətləri tarixi köklərə bağlıdır və hər iki xalqı milli mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. İranda 35 milyondan çox soydaşımız yaşayır. Qonşu dövlətlə əlaqələrin yaxşılaşdırılması hər iki ölkənin milli mənafelərinə uyğundur. Çox təəssüflər olsun ki, son illər hakimiyyətlə olanlar bu münasibətlərə kölgə salmağa çalışıblar. Və nəticədə münasibətlərdə gərginliklər baş verib. Azərbaycan Respublikasının Prezidenti daim öz çıxışlarında qeyd edib ki, İran qonşu dövlətdir və biz münasibətlərin yaxşılaşmasında maraqlıyıq. Bu əməkdaşlığın genişləndirilməsi, sülhün və əmin-amanlığın təmin edilməsində töhfə verə bilər".

Bu sözləri "Operativ Media"ya Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev deyib.

"Hər iki dövlətin rəhbərləri sağlam düşüncə ilə əlaqələri genişləndirməyə səylər göstərsələr də, çox təəssüflər olsun ki, İran bir çox hallarda müəyyən qüvvələrin təhdidi və təzyiqi ilə Azərbaycana münasibətdə yanlış mövqe tutub. Səfirliyin əməkdaşlarının güllələnməsi, Azərbaycana qarşı böhtan kampaniyasının aparılması və müəyyən məsələlərdə anti-Azərbaycan əleyhinə çıxışlar göstərir ki, İran öz siyasətində anti-Azərbaycan xəttindən çıxış edərək, düşmənlərimiz tərəfində yer almışdır. İran İslam Respublikası Azərbaycan torpaqlarının işğal altında olduğu dövrlərdə, müharibə zamanı təcavüzkar Ermənistana dəstək verirdi.

Ancaq Məsud Pezeşkian İran İslam Respublikasının prezidenti seçildikdən sonra müəyyən dönüşlər baş verməsi təbii ki, müsbət haldır. Dünən İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edərək, Azərbaycan-İran münasibətlərinin yaxşılaşmasına verdiyi dəstək göstərir ki, münasibətlər müsbət meyillə dəyişir. Bu çox vacibdir. Çünki indiki vəziyyətdə xarici ölkələrin, xüsusən də Avropanın İrana qarşı təhdidləri artır. Bir çox dövlətlərin İranı zəiflətməyə çalışması onu Azərbaycanla münasibətləri yaxşılaşdırmağa və dostluq əlaqələri yaratmağa vadar edir. Və belə də olmalıdır. Çünki Azərbaycan heç vaxt İrana qarşı torpaq iddiasında olmayıb. İrana qarşı müəyyən hücumlar üçün öz ərazisində imkanlar yaratmayıb. Bunu tarix sübut edir. Əlbəttə ki, iki dövlətin yaxınlaşması və qarşılıqlı əlaqələrinin genişləndirilməsi bu günümüz üçün çox vacibdir. Bu görüşlər göstərir ki, gələcək üçün xalqların əməkdaşlığına yeni imkanlar yaradacaq".

Seçilən
33
operativmedia.az

1Mənbələr